Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

02 yanvar 2023 | 11:09

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə 2022-ci ilin mart ayından etibarən Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə bərpa edilən səyyar qəbullar da bu məqsədə xidmət edir.

2022-ci ilin martın 3-dən başlayaraq həftədə 1 dəfə olmaqla, Quşçu Ayrım, Qarapapaq, Ağköynək, Çaylı, İkinci Şıxlı, Alpout, Yuxarı Salahlı, Kosalar, Birinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Cəfərli, Aslanbəyli, Hüseynbəyli, Orta Salahlı, Ürkməzli, Canalı, Qaymaqlı, Abbasbəyli, Bala Cəfərli, Qazaxbəyli, Bala Çaylı, Fərəhli, Məzəm kəndləri, şəhərin Bakı küçəsində yaşayan 1,2,2A saylı, N.Nərimanov qəsəbəsində 49,1,2,3 saylı, Ə.Şıxlinski küçəsində 4,5 saylı binaların sakinləri olmaqla, ümumilikdə 42 səyyar qəbul keçirilib. 

 

2023-cü ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

 

 

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Canalı kəndi

Canalı kənd tam orta məktəbi

06.01.2023

2

Alpout kəndi

Alpout kənd tam orta məktəbi

12.01.2023

3

Qaymaqlı kəndi

Qaymaqlı kənd tam orta məktəbi

19.01.2023

4

Qazaxbəyli kəndi

Qazaxbəyli kənd tam orta məktəbi 

26.01.2023

                                                                                  

 

Keçidlər