2024-cü ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
2024-cü ilin yanvar-iyul aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsi, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Xanlıqlar kəndləri üzrə 28 səyyar görüş olub.
Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.
2024-cü ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
S/S |
Yaşayış məntəqəsinin adı |
Qəbulun keçiriləcəyi ünvan |
Qəbulun keçiriləcəyi tarix |
1 |
Kosalar kəndi |
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb |
01.08.2024 |
2 |
Cəfərli kəndi |
Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəb |
08.08.2024 |
3 |
Qaymaqlı kəndi |
Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb |
15.08.2024 |
4 |
Yuxarı Salahlı kəndi |
Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəb |
22.08.2024 |
Məlumat üçün qeyd edək ki, 2023-cü il ərzində, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Məhəmməd Əmin Rəsulzadə, Aslan Kəmərli, Səməd Vurğun, Mehdi Hüseyn, Zeynalabdin Tağıyev küçələri, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Kəmərli kəndləri üzrə 48 səyyar görüş keçirilib.