Şriftin ölçüsü :

Saytın rəngi :

2024-cü ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

31 may 2024 | 12:09

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, bütün sahələrdə əks olunur. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2024-cü ilin yanvar-may aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə küçəsi, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14, Azadlıq 92, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli kəndləri üzrə 20 səyyar görüş olub.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

2024-cü ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Quşçu Ayrım kəndi

Qazax rayon Yavər Mirzəyev adına Quşçu Ayrım kənd tam orta məktəb

06.06.2024

2

Qazax şəhəri

Qazax şəhəri Bakı küçəsi 1

13.06.2024

3

Məzəm kəndi

Qazax rayon Məzəm kənd ibtidai məktəb

20.06.2024

4

Qazax şəhəri

Qazax şəhəri Ş.Xiyabanı küçəsi 25,27

25.06.2024

Məlumat üçün qeyd edək ki, 2023-cü il ərzində, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Məhəmməd Əmin Rəsulzadə, Aslan Kəmərli, Səməd Vurğun, Mehdi Hüseyn, Zeynalabdin Tağıyev küçələri, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Kəmərli kəndləri üzrə 48 səyyar görüş keçirilib.

Keçidlər