Şriftin ölçüsü :

Saytın rəngi :

2025-ci ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

30 may 2025 | 10:03

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının təməlində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2025-ci ilin may  ayında Qazax şəhəri Bakı 1,2,2A, Məzəm, Kosalar, Qarapapaq kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 497 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 9 məsələ qaldırılmışdır.

Ümumilikdə, 2025-ci ilin yanvar-may aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli, Məzəm, Kosalar, Qarapapaq kəndləri üzrə 20 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 2157 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 44 məsələ qaldırılmışdır.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

2025-ci ilin iyun ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Orta Salahlı kəndi

Orta Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin inzibati binasının ərazisi

05.06.2025

2

Abbasbəyli kəndi

Qazax rayon Abbasbəyli kənd ibtidai məktəbin həyəti

12.06.2025

3

Hüseynbəyli kəndi

Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəb

19.06.2025

4

Aslanbəyli kəndi

Qazax rayon Aslanbəyli kənd tam orta məktəb

25.06.2025

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə, S.Vurğun, Z.Tağıyev, M.Hüseyn küçələri, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, İkinci Şıxlı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Kosalar, Cəfərli, Qarapapaq, Çaylı, Hüseynbəyli kəndləri üzrə ümumilikdə, 46 səyyar görüş keçirilmişdir. Şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.

Keçidlər