2025-ci ilin may ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının kökündə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
2025-ci ilin aprel ayında Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 405 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 9 məsələ qaldırılmışdır.
Ümumilikdə, 2025-ci ilin yanvar-aprel aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı küçələri, Nəriman Nərimanov yaşayış massivi, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli kəndləri üzrə 16 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 1660 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 35 məsələ qaldırılmışdır.
Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.
2025-ci ilin may ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
S/S |
Yaşayış məntəqəsinin adı |
Qəbulun keçiriləcəyi ünvan |
Qəbulun keçiriləcəyi tarix |
1 |
Məzəm kəndi |
Qazax rayon Məzəm kənd ibtidai məktəb |
01.05.2025 |
2 |
Kosalar kəndi |
Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəb |
08.05.2025 |
3 |
Qarapapaq kəndi |
Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəb |
15.05.2025 |
4 |
Qazax şəhəri |
Bakı küçəsi 1 |
22.05.2025 |
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri M.Ə.Rəsulzadə, S.Vurğun, Z.Tağıyev, M.Hüseyn küçələri, hərbi şəhərcik, Ş.Xiyabanı 12,14,25,27, Azadlıq 92, Bakı 1,2,2A, Əliağa Şıxlinski küçəsində 4,4A,5, Qazaxbəylidə məcburi köçkünlərin məskunlaşdığı Yeni qəsəbə, rayonun Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı, Ağköynək, Aslanbəyli, Bala Çaylı, Aşağı Salahlı, Canalı, İkinci Şıxlı, Birinci Şıxlı, Fərəhli, Ürkməzli, Quşçu Ayrım, Məzəm, Alpout, Kosalar, Cəfərli, Qarapapaq, Çaylı, Hüseynbəyli kəndləri üzrə ümumilikdə, 46 səyyar görüş keçirilmişdir. Şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.