Şriftin ölçüsü :

Saytın rəngi :

2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

05 yanvar 2026 | 14:12

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğının təməlində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2025-ci ilin dekabr ayında Qazax şəhəri, rayonun Fərəhli və Kosalar kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 427 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 3 məsələ qaldırılmışdır. Ümumilikdə, 2025-ci ilin yanvar-dekabr aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı, Hüseyn Arif (Hərbi şəhərcik), Ə.Şıxlinski küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbə, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli, Məzəm, Kosalar, Qarapapaq, Orta Salahlı, Abbasbəyli, Hüseynbəyli, Aslanbəyli, Birinci Şıxlı, Aşağı Salahlı, İkinci Şıxlı, Canalı, Daş Salahlı, Çaylı, Dəmirçilər, Ağköynək kəndləri üzrə 48 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 4893 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 102 məsələ qaldırılmışdır.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb. Səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.

2026-cı ilin yanvar ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Qəbulun keçiriləcəyi ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Daş Salahlı kəndi

Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəb

08.01.2026

2

Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivi

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta ümumtəhsil məktəb

15.01.2026

3

Hüseynbəyli kəndi

Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta ümumtəhsil məktəb

22.01.2026

4

Aslanbəyli kəndi

Qazax rayon Aslanbəyli kənd tam orta ümumtəhsil məktəb

26.01.2026

Keçidlər