Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin avqust ayında şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

31 iyul 2023 | 10:21

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

Bu günə kimi, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Alpout, Canalı kəndləri üzrə 28 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

2023-cü ilin avqust ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Qazax şəhəri

Qazax şəhəri Hüseyn Arif küçəsi, (Hərbi şəhərcik)

03.08.2023

2

Qazax şəhəri

Qazax şəhəri Məmməd Əmin Rəsulzadə küçəsi

10.08.2023

3

Kəmərli kəndi

Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəb

17.08.2023

4

Qaymaqlı kəndi

Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb

24.08.2023

Keçidlər