Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin dekabr ayında şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

01 dekabr 2023 | 07:50

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

Bu günə kimi, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Məhəmməd Əmin Rəsulzadə küçəsi, Aslan Kəmərli küçəsi, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Kəmərli kəndləri üzrə 44 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

Keçidlər