Qazax Rayon İcra Hakimiyyəti başçısının 2023-cü ilin sentyabr ayında şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir.
Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.
Bu günə kimi, həftədə 1 dəfə olmaqla vətəndaşlarla 32 səyyar görüş keçirilib. Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.
2023-cü ilin sentyabr ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:
S/S |
Yaşayış məntəqəsinin adı |
Ünvan |
Qəbulun keçiriləcəyi tarix |
1 |
Qazax şəhəri |
Qazax şəhəri A.Kəmərli küçəsi, Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəb |
07.09.2023 |
2 |
Yuxarı Salahlı kəndi |
Yuxarı Salahlı kənd Z.Mahmudov adına tam orta məktəb |
14.09.2023 |
3 |
Bala Çaylı kəndi |
Bala Çaylı kənd S.Həsənov adına tam orta məktəb |
21.09.2023 |
4 |
Daş Salahlı kəndi |
Daş Salahlı kənd Ş.Cəbiyev adına 2 saylı tam orta məktəb |
26.09.2023 |