Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Heydər Əliyev İli” ilə əlaqədar “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda keçiriləcək uşaq yaradıcılıq festivalına hər kəs dəvətlidir

30 may 2023 | 13:45

Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Qazax rayonunda keçirilən silsilə tədbirlər davam etdirilir.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən növbəti tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaqdır. 

İyunun 1-də saat 15:00-da “Uşaqlar bizim gələcəyimizdir!” mövzusunda uşaq yaradıcılıq festivalı keçiriləcəkdir. 

Qazax Olimpiya İdman Kompleksində keçiriləcək bayram tədbirinə başda şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, müharibə əlillərinin övladları olmaqla, bütün uşaqlar dəvət olunur. 

Keçidlər