Görülən işlər
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Etik davranış məsələləri ilə bağlı
2025-ci ildə görülən işlər haqqında
Məlumat
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən dövlət qulluqçularının xidməti davranışlarının etik davranış qaydalarına uyğunluğuna nəzarət edilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə 2025-ci il ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında və rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində bir sıra işlər görülmüşdür.
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” 31 may 2007-ci il tarixli 352 III Q nömrəli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində müvafiq tədbirlər həyata keçirilmiş, dövlət qulluqçularının etik davranış qaydaları haqqında ətraflı söhbətlər aparılmışdır.
Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında RİH aparatının məsul əməkdaşlarının, şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinin iştirakı ilə 23.06.2025-ci il tarixdə Dövlət qulluqçularının peşə bayramı, dövlət qulluğu sahəsində aparılmış islahatlar, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq bir sıra tədbirlər, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması və digər məsələlərlə bağlı təlim və tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli 632 nömrəli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında sektor müdiri-baş mühasib Babayev Qurban Teymur oğlu "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Dövlət qulluqçularının peşə bayramı münasibətilə 18 dövlət qulluqçusu Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
2025-ci il ərzində xidməti vəzifələrinə laqeyd münasibət göstərdiklərinə, əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsində nöqsanlara yol verdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində çalışan 4 dövlət qulluqçusuna töhmət elan edilmişdir.







