Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

18 sentyabr 2023 | 16:11

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının, ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələrin arxasında dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili dayanır. Bu, Qazax rayonunda hər zaman örnək götürülür. 

İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi qayğı bunun bariz nümunəsidir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və şifahi müraciətlərinə əsasən keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

Sentyabrın 18-də Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub. İcra başçısı Rəcəb Babaşov Bakı şəhər və İkinci Şıxlı kənd sakinlərini fərdi şəkildə qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər