Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşları fərdi şəkildə qəbul edib

17 iyul 2023 | 18:28

Dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman öz əksini tapır. Ölkə rəhbərinin vətəndaş məmnunluğunun təmin olunması barədə verdiyi tapşırıq və tövsiyələr bu məqsədə xidmət edir. 

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.

İyulun 17-də Qazax Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub. İcra başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidi əsgər Oruc Qasımovun atası Aşağı Əskipara kənd sakini Qasımov Afiq Oruc oğlunu, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Daş Salahlı kənd sakini Nəsibov Yusif Qalib oğlunu, I qrup Qarabağ müharibəsi əlili, Hüseynbəyli kənd sakini Nəsibov Elşad İsmixan oğlunu, gənc şair Rüfət Axundlunu qəbul edib.

Şəhid ailəsi və qazilərlə, gənc yazarla səmimi söhbət edən rayon rəhbəri onların müxtəlif məzmunlu müraciətlərini dinləyərək müvafiq olaraq cavablandırıb.

Keçidlər