Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qurtuluş gününə həsr olunmuş turnir keçirilmişdir

17 iyun 2013 | 15:00

Azərbaycan Respublikası Döyüş Federasiyasının və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş Əlbəyaxa döyüş idman növü üzrə açıq rayon turniri keçirilmişdir. Turnir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin  xatirəsini yad etmilş və abidəsi önünə gül - çiçək dəstələri qoymuşlar.
     Ağstafa,  Qazax  və  Şəmkir rayonlarından 6 komandanın iştirakı ilə Qazax şəhər 4 saylı orta məktəbin idman zalında keçirilən turniri giriş sözü ilə Azərbaycan Respublikası Döyüş Federasiyasının  baş məşqçisi Xaləddiin Şirinov açmış, idmançıları salamlamış və Qurtuluş günü münasibətillə onları təbrik etmişdir. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Azərbaycan Respublikası Döyüş Federasiyasının Prezidenti Azər Əhmədov  və  Qazax rayon Gənclər və İdman     İdarəsinin rəisi  Vüqar Nəbiyev çıxış etmişlər. 
     Sonda qalib komandalara Azərbaycan Respublikası Döyüş Federasiyasının diplom  və medalları  təqdim edilmişdir.

Keçidlər