Əmək yarmarkası keçirilmişdir
22 iyun 2013 | 15:00
Qazax rayonunda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması məqsədilə rayon İcra Hakimiyyəti başçısının 01 noyabr 2012-ci il tarixli 2/106 saylı Sərəncamı ilə Rayon Mədəniyyət Sarayında əmək yarmarkası keçirilmişdir.
Yarmarkada 270 nəfər işaxtaran vətəndaş iştirak etmiş, rayon ərazisində fəaliyyət göstərən 18 idarə və müəssisədən 176 boş iş yeri yarmarkaya təqdim edilmişdir. Təqdim olunmuş boş iş yerlərində minimum əmək haqqı 93 manat, maksimum əmək haqqının məbləği isə 280 manat olmuşdur. İşaxtaran vətəndaşların 61 nəfərinə işə göndəriş verilmiş, 10 nəfəri isə toxuculuq üzrə peşə hazırlığı kursuna cəlb edilmişdir.