23 iyun – Dövlət Qulluqçularının peşə bayramı günü qeyd olunmuşdur
Qazaxda Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə toplantı keçirilmişdir. Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri giriş sözü ilə Rayon İcra hakimiyyətinin Başçısı cənab Ayaz Əsgərov açmış, Dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik etmişdir.
Onun çıxışında Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin əhəmiyyəti, bu işdə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti, Azərbaycanda müasir dövlət quruculuğu sisteminin formalaşması və inkişafı, ökəmizdə Dövlət quruculuğu sahəsində aparılan islahatlar, vahid dövlət siyasətinin formalaşdırılması, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri haqqında ətraflı danışılmışdır.
RİHB-nin birinci müavini Fərman Nağdalıyev, RİHB-nın müavini Gülayə Həsənova, RİHB aparatında şöbə müdiri Mehdi Həsənov çıxış etmişlər və dövlət qulluqçularını peşə bayramı günü münasibətilə təbrik etmişlər. Mehdi Həsənov öz çıxışında ötən il peşə bayramı günü münasibətilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunması ilə əlaqədar Dövlət Başçısına dərin minnətdarlığını bildirmiş və bundan sonra da vəzifəsini şərəf və ləyaqətlə həyata keçirəcəyinə söz vermişdir.