Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir

31 dekabr 2013 | 16:00

Yola saldığımız 2013-cü il Respublikamız üçün, eləcə də rayonumuz üçün uğurlu və nailiyyətlərlə zəngin olmuşdur. Bunu ölkəmizin ictimai-siyasi həyatında və həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərindən aydın görmək olar. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının xalq tərəfindən böyük səs çoxluğu ilə üçüncü dəfə dövlət başçısı seçilməsi ötən ilin və eləcə də çağdaş tariximizin ən yadda qalan, əlamətdar hadisəsi olmuşdur. Ölkəmizdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramlarının, Beynəlxalq layihələrin müvəffəqiyyətlə həyata keçirilməsi, dekabrın 17-də cənab İlham Əliyevin müəllifliyi ilə baş verən daha bir möhtəşəm hadisə uğur, qələbə rəmzi kimi tariximizi daha da zənginləşdirmiş və xalqımızın böyük sevincinə səbəb olmuşdur. Həmin gün “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya layihəsi imzalanmış və elə imzalandığı gündən də dünya və ölkəmiz üçün böyük əhəmiyyətinə görə “21-ci əsrin müqaviləsi” statusunu almışdır.
Rayonumuz üçün ötən ilin ən yadda qalan hadisəsi möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rayonumuza səfəri olmuşdur. Dövlət Başçısının 2012-ci və 2013-cü illərdə etdiyi səfərlər zamanı əhali ilə səmimi görüşlər keçirməsi, tikilib istifadəyə verilmiş sosial və istehsal yönümlü obyektlərin açılışında iştirak etməsi, yeni aparılan tikintilərə baş çəkməsi, özünün lazımi tövsiyə və tapşırıqların verməsi, bütün bu məqsədlər üçün yeni vəsaitlərin ayrılması barədə Sərəncam imzalaması rayonumuzda genişmiqyaslı tikinti –abadlıq və quruculuq işlərinin aprılmasına güclü təkan vermişdir. Öna görə də 2013-cü il Qazax rayonu üçün də  zəngin olmuş və həmin ildə rayonumuzda bir sıra uğurlara imza atılmışdır.
2013-cü ildə Heydər Əliyev Mərkəzində əsaslı təmir və Heydər Əliyev parkının 2 hektar hissəsində yenidənqurma işləri aparılmış, 2.500 m2 əraziyə tamet daşları döşənmiş, 1.500 p/m bardur düzülmüş, 15.000 m2 sahəyə qazon otu əkilmiş, müasir oturacaqlar qoyulmuş, işıqlandırma və suvarma sistemi qurulmuşdur. Parkın ərazisində ətrafında əyləncə qurğuları quraşdırılan “Uşaq əyləncə” mərkəzinin və süni gölün ikinci pilləsi tikilmişdir. YAP Qazax rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir. Binanın açılışında cənab Prezident iştirak etmişdir. 
Qazax Mədəniyyət mərkəzinin binasının dam örtüyü dəyişdirilərək mansar tipli yeni dam örtüyü quraşdırılmışdır. Şəhərin mərkəzində 3 hektar sahəsi olan “Fəxri Qazaxlılar” parkında yenidənqurma və abadlıq işləri aparılmış, parkın ərazisində olan büstlər və heykəllər restovrasiya olunmuş, 1 ədəd 4,5 m hündürlüyündə şəlalə və 4 ədəd fəvvarə tikilmiş, 11.200 m2-dən artıq əraziyə tamet  daşları döşənmiş, 4.100 p/m uzunluğunda bardur düzülmüş, 8.000 m2 sahəyə qazon otu, dekorativ ağaclar və gül kolları əkilmiş, parkın ərazisində uşaq əyləncə qurğuları quraşdırılaraq yeni müasir oturacaqlar qoyulmuş, işıqlanma və suvarma sistemi qurulmuşdur. Ölkə Başçısı 05 iyul 2013-cü il tarixdə rayona səfəri zamanı parka baxış keçirmişdir.
Şəhərin işıqlanma sistemi təzədən qurulmuş və 630 ədəd yeni dayaq quraşdırılmışdır. Heydər Əliyev prospekti boyunca yaşayış və inzibati binaların fasadları milli arxitekturaya uyğun olaraq aqlay daşı ilə üzlənmiş, hasarlar çəkilmiş, həyətlərə giriş qapıları düzəldilmiş, səkilərin kənarında olan yaşıllıqlara 3.000 m2-dən artıq qazon otu əkilmişdir. Qazax rayonu üzrə ümumillikdə 15.000 m2  tamet daşı döşənmiş, 5.600 p/m bardur düzülmüş, 26.000 m2 sahəyə qazon otu, 20.000 ədəd dekorativ kollar və güllər, yol kənarlarına 12.000 ədəd ağac əkilmişdir.  Qazax şəhərinin ərazisində 9 ədəd çox mənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad hissələri milli arxitekturaya uyğun olaraq təmir olunmuşdur. 6 kənddə artezian quyusu qazılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 01 iyun 2012-ci il tarixli sərəncamı ilə Qazax Rayon İcra hakimiyyətinə Azərbaycan Respublikası dövlət büdcəsində nəzərdə tutulmuş  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax şəhərində “Ədəbiyyat Muzeyi”nin tikintisi üçün ayrılmış 5 mln. manat vəsait hesabına şəhərin H.Əliyev prospektində muzeyin tikinti işləri başa çatdırılmışdır.  Muzeyin açılışında cənab Prezident iştirak etmişdir. 
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli, 2730 nömrəli sərəncamı ilə Qazax-Quşçu Ayrım  avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il  dövlət büdcəsində nəzərdə tutulmuş  Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax  Rayon İcra Hakimiyyətinə 8,9 milyon manat vəsait ayrılmışdır. Uzunluğu 27 km olan 26000 nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini  rayon mərkəzi ilə birləşdirən strateji əhəmiyyətə malik Qazax – Quşçu Ayrım avtomobil yolunun yenidən qurma işlərinə başlanılmış, yolun 25 km hissəsində tikinti işləri başa çatdırılmışdır.
İllik gücü 1 milyon ton olan “Akkord Qazax sement zavodu”nun ikinci hissəsi tikilib istifadəyə verilmişdir. Zavodun açılışında cənab Prezident iştirak etmişdir.
Bundan başqa, rayonda yeni məktəb binalarının tikintisi də geniş vüsət almışdır. Ötən il Çaylı kənd 2 saylı, Daş Salahlı kənd 2 saylı , Xanbağı kənd, Ürkməzli kənd tam orta, Xanlıqlar kənd ümumi orta məktəbləri üçün bütün tələblərə cavab verən yeni binalara tikilib istifadəyə verilmişdir. Hazırda Quşçu Ayrım kənd tam orta, Məzəm kənd ibtidai, Bala Cəfərli kənd ibtidai məktəblərində tikinti işləri, Qarapapaq ümumi orta məktəbində isə bərpa gücləndirmə işləri davam edir.
Respublikmızda və rayonumuzda əldə olunmuş bu uğurlara görə rayonda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təşkil olunmuş  bayram şənlikləri sevinc və yüksək əhval-ruhiyyə ilə keçirilmişdir. Həmin gün rayonun şəhər və kəndləri bayramsayağı bəzədilmişdir. Rayon mərkəzində bir neçə yerdə böyük yolkalar qurulmuşdur. Yolkaların ətrafına yüzlərlə rayon sakini toplaşmışdır. Böyük bayram izdihamı var idi. Rayon mədəniyyət evinin ansamblının ifa etdiyi musiqilər, mahnılar və rəqslər bayrama daha bir xoş əhval-ruhiyyə  bəxş edirdi. Ətrafa yayılan musiqi sədaları bütün rayon sakinlərini  şənliyə çağırırdı. Hər kəsin üzündə sevinc hissi var idi. Yeni ilin əsas atributu olan Şaxta baba və Qar qızın məzəli söhbətləri,söylədikləri şerlər tədbir iştirakçılarına xoş ovqat bəxş etdi,
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yenil ilə həsr olunmuş  bayram tədbirindəki çıxışlarda respublikamızda və rayonumuzda ötən il əldə olunmuş böyük uğurlardan və xalqımızın həmrəyliyindən geniş danışılmışdır.
Sonda Qarabağ Müharibəsi Əlillərinə, şəhid ailələrinə, aztəminatlı ailələrə bayram sovqatı paylanmış və  azyaşlı körpə balalara bayram hədiyyələri verilmişdir.
Tədbir gün ərzində davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər