Qazaxda maarifləndirici tədbir keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin layihəsi çərçivəsində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 14 noyabr 2017-ci il tarixli 9 nömrəli məktubuna əsasən BDU-nun Qazax filialında “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə müəllimlər, gənclər və tələbələr iştirak etmişlər.
Tədbiri Qazax RİHB aparatında baş məsləhətçi Sərdar Orucov açaraq tədbir haqqında məlumat vermişdir.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin məsul işçisi Anar Əliyev geniş məruzə ilə çıxış etmişdir.
QMİ-nin bölgə qazisi İlham Süleymanov, Qazax rayon Polis şöbəsinin əməkdaşı Hilal Allahverdiyev, BDU-nun Qazax filialının mətbuat mərkəzinin mütəxəssisi Qiymət Məmmədova və başqaları mövzu ətrafında çıxış etmişlər.
Tədbirin sonunda “Şəhadət” filmi nümayiş olunmuş və tədbir iştirakçılarına Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə ilə bağlı kitablar verilmişdir.