Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər Günü - dövlətin gənclərə diqqətinin daha bir göstəricisidir

01 fevral 2018 | 16:00

Mədəniyyət  İşçiləri  Həmkarlar İttifaqı (MİHİ) Qazax rayon Komitəsinin, Qazax rayon Mədəniyyət Mərkəzinin və Qazax Tarix Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. 
Tədbirdə  MİHİ  Qazax  rayon  Komitəsinin  əhatə  etdiyi  idarə  və  müəssisələrdə  çalışan  gənclər və  idarə  rəhbərləri  iştirak  edib. İştirakçılar öncə muzeyin ekspozisiyası ilə tanış olublar.  
MİHİ Qazax  rayon  Komitəsinin  sədri  İsgəndər Qurbanov  tədbiri  giriş  sözü ilə açaraq gəncləri bayram münasibətilə təbrik edib, müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcək işlərində uğurlar arzulayıb.
Sonra  Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin səlahiyyətli numayəndəsi Valeh Vəliyev, Ürkməzli kənd sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilova çıxış edərək gəncləri təbrik ediblər. Qazax Dövlət Dram Teatrının gənc aktyoru Yusif Qoca çıxış edərək gənclərə göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə  minnətdarlığını bildirib.
Tədbirdə MİHİ Qazax rayon Komitəsi tərəfindən rayonun ictimai, siyasi həyatında fəal iştirak edən gənclərə Fəxri Fərman və hədiyyələr verilib.
Sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib, şeirlər oxunub, musiqi səslənib.

Keçidlər