Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir

14 fevral 2014 | 16:00

13 fevral 2014-cü il tarixdə Qazax rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Əhalinin tibbi müayinədən keçirilməsi haqqında” məsələ müzakirə edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov iclası açıq elan etmiş və tədbir iştirtakçılarına ölkəmizdə əhalinin sağlamlığının dövlət siyasətinin prioritet istiqamətlərindən olması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi, dövlət başçısının tapşırığına əsasən “Qazax rayon əhalisinin tibbi müayinədən keçirilməsinin təmin olunması ilə əlaqədar komissiyanın yaradılmasına dair” 10 fevral 2014-cü il tarixli, 2/10 saylı Sərəncam imzalanması və tərtib edilmiş qrafik barədə   geniş məlumat vermişdir.
Məsələ ətrafında Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Arzu Novruzov və digərləri ətraflı çıxış etmişlər, əhalinin tibbi müayinədən keçirilməsinin əhəmiyyəti barədə geniş danışmışlar.

Keçidlər