Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əhali tibbi müayinədən keçirilir

22 fevral 2014 | 16:00

Respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması çərçivəsində Qazax rayon əhalisinin tibbi müayinəsi keçirilir.
Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə cari ilin fevralın 17-dən mayın 1-nədək respublika əhalisinin ümumi profilaktik müayinələrə cəlb olunması aksiyası çərçivəsində Qazax rayonunda 3 yerdə - Müalicə Diaqnostika Mərkəzində, Şəhər Poliklinikasında və xüsusi həkim briqadaları tərəfindən kəndlərdə əhalinin tibbi müayinəsinə başlanılmışdır.
Aksiyada iştirak edən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Arzu Novruzov bildirir ki, pulsuz tibbi müayinə ölkə prezidentinin tapşırığına əsasən aparılır, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkar olunması məqsədi daşıyır. Rayonda yerləşən bütün tibb müəssisələri müayinələrin aparılmasına tam hazırdır. Aksiyanın mütəşəkkil keçirilməsi üçün ciddi hazırlıq işləri görülmüşdür.
Aksiyada müayinədən keçən sakinlər, onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb  olunması məqsədilə keçirilən bu tədbiri yüksək qiymətləndirirlər və ölkə prezidentinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər