Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinləri Novruz yarmarkasından razılıq edirlər

24 fevral 2018 | 16:00

Qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Qazax şəhərindəki Təzə Bazarda “Novruz” yarmarkası keçirilir. Fevral ayının 17-dən təşkil olunan yarmarka hər həftənin şənbə və bazar günləri təşkil olunur. Bayram yarmarkası rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilir.
Əvvəlki həftədə olduğu kimi, bu dəfə də yarmarkaya müxtəlif çeşiddə olan kənd təsərrüfatı və ərzaq məhsulları, müxtəlif ət məhsulları satışa çıxarılıb.
Yarmarkada satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır. Ona görə də yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar yüksək səviyyədə faydalana bilirlər.
Bütün rayon sakinləri yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Yarmarka Novruz bayramına kimi davam edəcəkdir.

Keçidlər