Şriftin ölçüsü :

Saytın rəngi :

Anım tədbiri keçirilmişdir

27 fevral 2014 | 16:00

Qazax rayon İcra hakimiyyətinin və AMİ-nin Qazax filialının  təşkilatçılığı ilə Gənclər mərkəzində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “Xocalı Şəhid Şəhər” adlı  anım   tədbiri keçirilmişdir.
Tədbirdə AMİ-nin Qazax filialının tələbə, müəllim, professor heyyəti və KİV-nin nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Xocalı soyqrımına həsr olunmuş video-slayd nümayiş etdirilmiş və  Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Rayon icra hakimiyyəti Başçısının  humanitar məsələlər üzrə müavini Gülayə Həsənova, AMİ-nin Qazax filialının direktoru, dosent Afaq  Qasımova, AMİ-nin  Qazax filialının direktor müavini, dosent Məmməd Yusifov, baş müəllimlər Mübariz Süleymanov, Ülviyyə Bayramova, tələbələrdən Nəsibə Vəliyeva, Aysel Hüseynova, Aytən Məmmədli, Nərgiz Qəhrəmanova və Afət Mehdiyeva çıxış etmişlər.
Çıxışlarda Xocalı faciəsi ilə bağlı fikirlər səslənmiş, erməni vandalizmi, vəhşilikləri və bunların dünyada tanıdılması üçün respublikamızda aparılmış işlər barədə geniş məlumat verilmişdir.
Sonda Hüseynbala Mirələmovun “Xəcalət” dramı səhnələşmiş formada tədbir iştirakçılarına təqdim olunmuşdur.

Keçidlər