Prezidentin əhalinin sağlamlığının qorunmasına dair tapşırıqları uğurla icra olunur
02 mart 2014 | 16:00
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin tibbi müayinəsi uğurla davam edir.
Rayon üzrə 81320 nəfərin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Onlardan əvvəlcədən hazırlanmış qrafikə uyğun olaraq mart ayının 1-dək 8015 nəfəri hərtərəfli tibbi müayinə olunmuşdur. Müayinə olunanlardan 72 nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş və onlar qeydiyyata götürülmüşdür.
Müayinədən keçənlər Prezident İlham Əliyevin humanist addımından razılıqlarını bildirirlər.