Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tibbi xidmət

03 mart 2018 | 16:00

“Biz çalışmalıyıq ki, dünyada səhiyə sahəsində gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun”

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Ölkə başçısı cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən respublikanın digər bölgələrində olduğu kimi, Qazaxda da irimiqyaslı infrastruktur layihələri durmadan həyata keçirilir. Rayonda səhiyyənin hazırkı durumu ilə bağlı Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova ilə həmsöhbət olduq. Sevda Məmmədova 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitunun müalicə-profilaktika fakültəsini müvəffəqiyyətlə bitirdikdən sonra təyinatla Qazax rayonuna gəlmiş və poliklinikada endokrinoloq-həkim kimi əmək fəaliyyətinə başlamışdır. Onun yüksək peşəkarlığı və təşkilatçılığı nəzərə alınaraq 2011-ci ildə Qazax rayon konsultativ poliklinika şöbəsinə müdir təyin olunmuşdur. 2017-ci ildən Qazax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edir.
Söhbət zamanı Sevda Məmmədova qeyd etdi ki, son iki ildə Qazaxda digər sahələrdə olduğu kimi, səhiyyədə də misli görünməmiş işlər aparılır. Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova istənilən bir problem haqqında məlumat verildikdə dərhal məsələnin müsbət həlli istiqamətində müvafiq işlər görülərək aradan qaldırılır. Məlum olduğu kimi Qazax Rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisinin təməli bir neçə il bundan öncə qoyulsa da, inşaat işləri dayandırılmışdı. Rayon rəhbərliyinin müraciətindən sonra dövlətimizin başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Qazax şəhərində 145 çarpayılıq müasir standartlara cavab verəcək mərkəzi xəstəxananın tikintisinə başlandı. Qeyd etmək lazımdır ki, hal-hazırda tikinti işləri sürətlə davam etdirilir. May ayının sonlarında tikinti işləri tam başa çatdırılaraq əhalinin istifadəsinə veriləcəkdir. Bununla yanaşı Qazax şəhərində yerləşən uzun müddətdir ki baxımsız qalmış Qazax Rayonlararası Ruhi Xəstəxanada əsaslı təmir işləri aparılır. Yaxın günlərdə müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Rayonun İkinci Şıxlı və Kəmərli kəndlərində fəaliyət göstərən tibb ocaqlarında əsaslı təmir işləri artıq başa çatmışdır. Hər iki səhiyə ocağı bərk, yumşaq və müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin olunmuşdur. Rayonda səhiyənin maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə bir sıra şəhər və kənd tibb  müəssisələrində də əsaslı və cari təmir işlərinə başlanılmış.
Sevda Məmmədova vurğuladı ki, son 5 ay ərzində müətmadi olaraq rayon səhiyyə işçiləri sakinlərlə görüşlər keçirmiş, əhalinin maarifləndirilməsi işini həyata keçirmişlər. Onların problemləri ilə tanış olmuş, tibbi xidmətin düzgün təşkil olunması ilə bağlı izahatlar verilmiş, tərtib edilmiş protokollar tibb işçlərinə təqdim olunmuşdur. Rayonda perinotal xidmətin (doğuşaqədər) və monotal (doğuşdansonra) düzgün təşkil olunmasına nail olunmuşdur. Sevindirici haldır ki, aparılan təbliğat və təşviqatın nəticəsidir ki, son dövrdə rayon ərazisində ana və uşaq ölümü baş verməmişdir. Xüsusi həkim  briqadaları yaradılaraq məktəblərdə, uşaq bağçaları və körpələr evlərində uşaqların icbari dispanzerizasiyası aparılmışdır. Rayonda qeydiyatda olan 24664 uşaqdan 23237 nəfəri ümumi dispanzerizasiyadan tam keçirilmişdir. 347 uşaqda müxtəlif xəstəliklər aşkar olunmuş, xəstələr müvafiq yerlərdə müayinə və müalicə olunmuşlar. Bununla ilə yanaşı 3510 uşaqda tuberkulin (vərəm əleyhinə) sınağı aparılmışdır. 6800 uşağa denolmintasiya əleyhinə preparatlar verilmişdir. Qazax şəhər və kənd məktəblərində, eləcə də, uşaq bağçalarında ay ərzində iki dəfə uşaqların tibbi-profilaktik müayinəsi təşkil edilmişdir. Kənd həkim tibb məntəqələrinin həkimləri tərəfindən mütəmadi olaraq bağça və məktəblərin yoxlanılması təşkil olunmuşdur. Sevda həkim bildirdi ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına əsasən ölkənin hər yerində olduğu kimi, Qazaxda da fevralın 12-dən may ayının 12-dək keçirilməsi nəzərda tutulmuş əhalinin pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.


Vəli VƏLİYEV
“Respublika”

Keçidlər