Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda növbəti Novruz yarmarkası keçirilmişdir

03 mart 2018 | 16:00

Novruz bayramı ərəfəsində rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Qazax şəhərindəki Təzə Bazarda (Çinardibi deyilən ərazidə) keçirilən Novruz yarmarkası davam edir.
Artıq fevral ayının 17-dən start götürən yarmarkada müxtəlif növ kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, meyvə-tərəvəz, göyərtilər, bir sözlə, bayram süfrəsi üçün nə lazımdırsa, hamısı bazar qiymətindən aşağı qiymətə satılır. Ona görə də rayonumuzun əhalisi, şəhərimizin qonaqları və bütün arzu edənlər yarmarkanın imkanlarından faydalana bilirlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Novruz yarmarkasında iştirak edib. Rayon rəhbərliyi burada satışa çıxarılmış məhsulların çeşidləri və qiymətləri ilə tanış olub. Məlumat verilib ki, satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə bazarla müqayisədə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılır. Hətta, quzu əti alıcılara 8 manata, mal əti isə 6 manat 50 qəpiyə təklif olunur.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov yarmarkanın fəaliyyəti ilə tanış olarkən bir çox rayon sakinləri ilə görüşüb söhbət edib, alıcıların münasibətini öyrənib. Rayon rəhbərliyi ilə söhbət edən bütün sakinlər Novruz bayramı ərəfəsində yüksək səviyyədə keçirilən bayram yarmarkasından, qiymətlərin ucuz olmasından razı qaldıqlarını bildiriblər. Respublika Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq edərək yarmarkanın Novruz bayramı ərəfəsində keçirilməsini yüksək qiymətləndiriblər. Yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Yarmarka Novruz bayramına kimi davam edəcəkdir.

Bu gün keçirilmiş  yarmarkada qiymətlər aşağıdakı kimi olmuşdur:

Keçidlər