Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayında sahilbərkitmə işləri görülür

03 mart 2018 | 16:00

Kür çayının sahillində sahilbərkitmə işlərinin aparılması vacib tədbirlərdən biridir. Artıq Qazax rayonunda sahilbərkitmə işlərinin aparılmasına başlanılıb. Rayonun ərazisində sahilbərkitmə işləri görülür, yarana biləcək təhlükələrin qarşısı əvvəlcədən alınır. Artıq Kürün sahilində on kilometrlərlə uzunluğunda məsafədə sahilbərkitmə işləri aparılmış, yaşayış məntəqələrinin, ərazilərin sel təhlükəsinin və yuyulmasının qarşısı alınmışdır.
Hal-hazırda Qazax rayonunun Birinci Şıxlı kəndində sahilbərkitmə işlərinin görülməsinə başlanılıb. Sahllbərkitmə işləri Kür-Araz çaylarında bəndlərin istismarı idarəsi tərəfindən həyata keçirilir. Bu məqsədlə Kürün kəndə bitişik ərazisində 35 metr uzunluğunda, 5 metr enində bənd salınacaqdır. 
Sahilbərkitmə işlərinin həyata keçirilməsi üçün kifayət qədər texnika ayrılıb. 3 ədəd ekskovator, 1 ədəd buldozer, 4 ədəd Kamaz markalı avtomaşından ibarət olan texnika ilə idarənin kollektivi artıq bir neçə gündür ki, Birinci Şıxlı kəndində fəaliyyətə başlayıb. Kollektivin üzvləri kəndin “Gəmi Qayası” deyilən ərazinin yaxınlığında tökmə daş və xır ilə bənd salır, suyu köhnə məcraya yönəltməyə çalışırlar.
Birinci Şıxlı kəndində sahilbərkitmə işləri sürətlə davam etdirilir.

Keçidlər