Bədən tərbiyəsi və idman günü ilə əlaqədar tədbir keçirilmişdir
Qazax rayon Mədəniyyət Mərkəzində “05 Mart - Bədən Tərbiyəsi və İdman günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.
Tədbiri Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev açmış, ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən diqqət və qayğıdan danışmış, 2013-cü ildə idmançılarımızın qazandıqları uğurlar və qələbələr haqqında geniş məlumat vermişdir. Sonra MİHİ-nin Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Sahib Namazov və başqaları çıxış etmişlər.
Tədbirin sonunda 2013-cü ildə uğur qazanmış idmançılar və onların məşqçiləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.