Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayon Heydər Əliyev Mərkəzində “Novruz sevincləri” adlı tədbir keçirilmişdir

13 mart 2018 | 16:00

Qazax rayon Heydər Əliyev Mərkəzi və Qaratel Hacımahmudova adına şəhər ümumi orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan  xalqının qədim və milli bayramı olan Novruz bayramı münasibətilə tədbir keçirilib. “Novruz sevincləri” adlanan tədbirdə məktəbin müəllim və şagirdləri iştirak edib.
Tədbirdə ilk olaraq Novruz bayramının əbədiləşdirilməsində, sevinc və birləşmə simvoluna çevrilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb.
Sonra tədbir məktəblilərin  bayram əhval-ruhiyyəli şeirləri, mahnıları və səhnəcikləri ilə davam etdirilib, simvolik olaraq papaq atma mərasimi keçirilib.
Tədbir kiçik bayram süfrəsi ətrafında sona çatıb. Şagirdlərə bayram sovqatları verilib.
Valideynlər və şagirdlər tədbirdən çox razı qaldıqlarını bildirərək belə tədbirlərin tez-tez keçirilməsini arzu ediblər.

Keçidlər