Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciəti öz həllini tapır

26 mart 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşların müraciətlərinə diqqətlə yanaşaraq rayon sakinlərini günün müxtəlif vaxtlarında qəbul edir, lazım gəldikdə isə özü vətəndaşların görüşünə gedir.
Bir neçə gün bundan əvvəl şəhərin Osman Sarıvəlli küçəsində yaşayan bir qrup şəhər sakini İcra Aparatına suvarma suyu ilə bağlı məktubla müraciət etmişdi. İcra Başçısı elə həmin gün həmin əraziyə gedərək vətəndaşların müraciəti ilə yerində tanış olmuş, sakinləri diqqətlə dinlədikdən sonra qaldırılan məsələnin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar vermişdi.
Həmin tapşırığa əsasən su çəkilişinə başlanılıb. Su xətti çəkilən ərazidə qazma işləri aparılıb, sahələr təmizlənib. Su diametri 100 mm-lik dəmir borular vasitəsilə çəkilir. Uzunluğu 250 metr olan su xəttninin çəkilişi başa çatmaq üzrədir.
  Eyni zamanda, həmin əraziyə çınqıl daşınıb tökülmüş və hamarlanmışdır.

 

 

 

 

Keçidlər