Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinəsi uğurla davam edir

02 aprel 2014 | 15:00

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə əhalinin icbari tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir.  
Rayon İcra hakimiyyəti Başçısının sərəncamı ilə yaradılmış komissiya əhali arasında təbliğat, təşviqat və məlumatlandırma işlərini ardıcıl davam etdirir. Bunun nəticəsidir ki, əhali aksiyada mütəşəkkil sürətdə iştirak edirlər. Fevralı 17-dən indiyədək 33356 nəfər rayon sakini hərtərəfli müayinə olunmuşdur. Onlardan 1921 nəfərinə ambulator, 65 nəfərinə isə stasional müalicə kursu təyin olunmuş, 16 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.   
Baş həkim bildirmişdir ki, müayinədən keçən insanlarda ən çox ürəyin işemik xəstəlikləri, hipertoniya, şəkərli diabet və digər xəstəliklər müşahidə olunur.
Rayon sakinləri bildirirlər ki, bu aksiya dövlət başçısının vətəndaşlara diqqət və qayğısının daha bir nümunəsidir.

Keçidlər