Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyi keçirilib

30 mart 2018 | 16:00

Qazax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində mini-futbol üzrə rayon birinciliyi keçirilib. 13-16 mart tarixlərdə keçirilən birincilikdə 13-14 yaşlı rayon məktəbliləri iştirak edib. Qalib adı uğrunda 14 komanda mübarizə aparıb.
Bu gün yarışın final görüşləri keçirilib. 3-cü yer uğrunda görüşdə şəhər 3 saylı tam orta məktəbin komandası ilə Qazaxbəyli kənd tam orta məktəbin komandası qarşılaşıb. Qazaxbəyli məktəbliləri qalib gəlib.
Final görüşündə isə şəhər 2 saylı tam orta məktəbin komandası ilə Aşağı Salahlı kənd tam orta məktəbin komandası birinciliyin qalibi adı uğrunda mübarizə aparıb. Salahlı məktəbliləri 7-1 hesabı ilə qələbə qazanaraq yarışın qalibi olub.
Qalib komanda Qazax rayon Gənclər və İdman İdarəsi tərəfindən kubokla, I, II, III yeri tutmuş komanda üzvləri isə müvafiq diplomlarla təltif olunub.

Keçidlər