Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda 2014-cü ilin birinci rübünün yekunları müzakirə olunmuşdur

19 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş genis iclasındakı nitqindən irəli gələn vəzifələr Qazax rayon İcra Hakimiyyəti başçısı yanındakı Şuranın iclasında ətraflı müzakirə olunmuşdur.
İclası giriş sözü ilə açan Qazax rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, birinci rüb ərzində iqtisadiyyat 2,5 faiz, qeyri-neft sektoru 8,8 faiz, orta əmək haqqı 7 faiz, əhalinin banklardakı əmanətləri 20 faizdən çox artmışdır. İnflyasiya cəmi 2 faiz təşkil etmiş və beləliklə, əhalinin gəlirləri inflyasiyanı iki dəfədən çox üstələmişdir. Ölkənin valyuta ehtiyatları 53 milyard dollar olmuşdur ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Qazax rayonunda görülən işlərdən danışan Ayaz Əsgərov bildirmişdir ki, rayon üzrə 2014-cü ilin yerli gəlir və xərclərin proqnozu 21.143.000 manat məbləğində müəyyənləşdirilmişdir. Büdcənin mədaxil hissəsinin 5.490.000 manatını yerli daxilolmalar, 15.653.000 manatını isə mərkəzləşdirilmiş xərclərdən alınacaq dotasiya təşkil etmişdir. Mədaxil hissədə yerli daxilolmalar 26,0 faiz, dotasiya isə 74,0 faiz olmuşdur.
2014-cü ilin birinci rübündə yerli daxilolmalar 1.152.900 manat proqnoza qarşı 1.185.221 manat və ya 102,8 faiz yerinə yetirilərək büdcəyə 32.321  manat çox vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 11.141 manat çox vəsait daxil olmuşdur. Mərkəzləşdirilmiş xərclərdən alınası dotasiya 100 faiz təşkil etmişdir.
2014-cü ilin 3 ayında yerli xərclər  95,1 faiz və ya 333.688 manat az icra olunmuşdur. İcra zamanı ilk növbədə əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.
Əhalidən 437.624 manat əmanət cəlb olunmuşdur.  Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 28 nəfərə 290.500 manat, KYK yolu ilə  6 nəfərə 24.000 manat kredit verilmişdir.
Dövlət Sosial Müdafiəsi Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2014-cü ilin 3 ayında ödəniş müəssisələrinə 6.830.300 manat vəsait köçürülmüşdür. Bu isə keçən ilin müvafiq dövrünə nisbətən 654.000 manat çoxdur. Şöbədə 2014-cü ilin 3 ayında sosial sığorta haqları üzrə yığım proqnozu 92,4 faiz yerinə yetirilmişdir. Bu göstərici büdcə təşkilatları üzrə 850.700  manat proqnoza qarşı  807.100 manat, yəni 92,2 faiz, qeyri büdcə təşkilatları və fiziki şəxslər üzrə isə 194.200 manata qarşı 157.300  manat toplanmaqla 80,9 faiz yerinə yetirilmişdir. Toplanmış vəsait 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 30.700 manat artıq olmuşdur.
2014-cü ilin birinci rübündə Qazax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1.040.085  manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 3 ay ərzində Mərkəz tərəfindən 1.772 ailəyə ünvanlı sosial yardım təyin edilərək 713.160  manat vəsait  ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin su, elektrik enerjisi və təbbi qaz yanacağı ilə təmin olunması sahəsində də xeyli işlər görülmüş, istifadə olunmuş suyun, enerjinin və qaz yanacağının dəyərinin yığım faizi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə  çox olmuşdur. 
Qazax Telekommunikasiya Qovşağı cari ilin 3 ayında planı 101 faiz yerinə yetirmiş və ötən müddət ərzində 8 yeni telefon xətti çəkərək  abunəçilərin istifadəsinə vermişdir.
2014-cü ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri  və gənclər təşkilatları tərəfindən də bir sıra məqsədyönlü tədbirlər hazırlanıb həyata keçirilmiş, həmin müəssisələrin maddi texniki bazası möhkəmlənmiş və işin səviyyəsi daha da yüksəlmişdir.
Rayon Təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə 11.293 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1.808 nəfər müəllim məşğul olur.
2014-cü ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 9 fənn üzrə 90 nəfər şagird  iştirak etmişdir. Onlardan 10 nəfəri mart ayında Bakı şəhərində keçirilən respublika turunda  iştirak etmiş, bir nəfəri biologiya fənni üzrə üçüncü yeri tutmuşdur. 
Azərbaycan Respubllikası Prezidenti Admistrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdlərinə Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi tərəfindən tövsiyə olunmuş “Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusu və Memarıdır” və “Ümummilli Lider  Heydər Əliyev İdeyaları Müasir Azərbaycanın Sosia-İqtisadi İnkişafının Təminatçısıdır”  mövzularında dərslər keçirilmişdir. Həmin dərslər elmi-nəzəri və metodiki hazırlığı ilə  fərqlənən, nüfuzlu tarix müəllimləri tərəfindən tədris olunmuşdur. Bu işlər may ayının sonunadək davam etdiriləcək və tədrisin müəyyən olunmuş proqram əsasında aparılması nəzarətdə saxlanılır.
Hazırda rayonda dövlət başçısının tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinəsi uğurla davam etdirilir. Əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan dövlət başçısının tapşırığına əsasən fevralın 17-dən mayın 1-dək ölkə vətəndaşlarının icbari tibbi müayinəsi kompaniyası Qazax rayonunda da  mütəşəkkil təşkil edilmişdir. Bu məqsədlə rayon İcra Hakimiyyəti başçısının 10 fevral 2014-cü il tarixli, 2/10 saylı Sərəncamına əsasən xüsusi komissiya yaradılmaqla tibb müəssisələrində bütün lazımi şərait təşkil edilmiş və əhali arasında təbliğat-izahat işləri aparılmışdır. Rayonda əhalinin tibbi müayinədən keçirilməsi gedişi və aksiyanı başa çatdırmaqla bağlı vəzifələr RİHB yanındakı Şuranın geniş tərkibdə keçirilən iclasında müzakirə edilmiş, əlavə tədbirlərin həyata keçirilməsi üçün təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir. 
Rayon əhalisi bu cür humanist tədbirlərə görə dövlət başçısından razı qaldıqlarını söyləmişlər.
İclasda bildirilmişdir ki, 2014-cü ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 4.500.000 manat , ümumi məhsul buraxılışının həcmi  24.150.000 manat olmuşdur ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 1.590.000 manat, kənd təsərrüfatı məhsullarının həcmi 7.450.000 manat olmuşdur. Adambaşına düşən ümumi məhsulun həcmi 260 manat, orta aylıq əmək haqqı 232 manat olmuşdur.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 6 yeni müəssisə yaradılmış, 304-ü daimi olmaqla 314 yeni iş yeri açılmışdır. 2014-cü ilin 3 ayı ərzində 5 dövlət və 5 qeyri-dövlət müəssisələrindən 118 boş iş yeri təqdim edilmiş Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 103 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 11 nəfər münasib işlə təmin olunmuşdur.
Rayonda  regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramına  uyğun  olaraq tikinti-quruculuq və abadlıq işləri uğurla davam etmişdir. İllik gücü 1 milyon ton olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmış, II hissədə tikinti işləri davam etdirilir. 
Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli, 2730 nömrəli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən “Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə Qazax-Quşçu Ayrım avtomobil yolunun inşasının başa  çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin  07 oktyabr 2013-cü il tarixli, 3183 nömrəli sərəncamı ilə 2 milyon və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  30 dekabr    2013-cü il tarixli, 3983 nömrəli müvafiq sərəncamına uyğun olaraq  1,72 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri başa çatdırılaraq yol istifadəyə verilmişdir.  Hazırda Fərəhli kəndinə gedən yolda təmir işləri aparılır. Yaxın vaxtlarda Qazax-Kosalar avtomobil yolunda tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr 2013-cü il tarixli, 374s saylı sərəncamına uyğun olaraq  180 şagird yerlik Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisi və Qarapapaq  kənd ümumtəhsil orta məktəbində bərpa gücləndirmə işləri sürətlə davam etdirilir.  Yeni dərs ilinin başlanılmasına kimi məktəblərin istifadəyə verilməsi təmin olunacaqdır. Qazax şəhərində hər biri 100 yerlik olmaqla 2 ədəd körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmışdır. Həmin müəssisələrinin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Şəhərdə yeni işıqlandırma sistemlərinin quraşdırılması işləri davam etdirilmişdir.
Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar ərazidə hazırlıq işləri aparılmışdır. Aslanbəyli kəndində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq  məqsədi ilə tutumu 48 ton olan 3 ədəd su çəni quraşdırılmış və yeni su xətləri çəkilmişdir.
Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli, 374s saylı sərəncamına uyğun olaraq köhnə mərkəzi xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına  uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsinə bütün infrastrukturlarla birlikdə yeni yaşayış binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda layihə İnstitutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır. 
  2014-cü ilin birinci rübü ərzində Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədi ilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli  32 nömrəli və sonrakı Qərarlarının icrası ilə əlaqədar kənd təsərrüfatı məhsulları istehsalçılarına istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsi vəsaiti hesabına 4.485 hektar buğda əkini üçün 195.394  manat yardım hesablanaraq istehsalçılara verilmişdir.
Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıqlardan  cəmi 302 hektar , o cümlədən 186 hektar yonca, 46 hektar kartof, 70 hektar qarğıdalı əkilmişdir. Hazırda əkin işləri davam etdirilir.
2014-cü ilin birinci rübü ərzində rayonda ağac əkini davam etdirilmiş,  99.500 ədəd ağacın 50.000 ədədi Bakı-Qırmızı körpü magistral yolunun rayon ərazisindən keçən hissəsində əkilmişdir.
Hesabat dövründə heyvandarlıq sahəsində də uğurlar əldə olunmuşdur. Süni yolla mayalandırma nəticəsində 333 baş bala alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, məhsul istehsalı dinamik olaraq artmışdır.  Belə ki, keçən üç ay ərzində ötən ilin eyni dövrünə nisbətən 119 ton artıq süd istehsal olunaraq 7.348 tona, 27 ton artıq ət istehsal olunaraq 1.124 tona və 33 min ədəd çox yumurta alınaraq   2.477.000 ədədə çatdırılmışdır.
Rayon Baytarlıq idarəsi tərəfindən 2014-cü ilin birinci rübündə tədbirlər planına uyğun olaraq 29.992 baş iri buynuzlu və 2.983 baş  təkdırnaqlılar qarayara, 7.292 baş iri buynuzlu heyvanlar dabax, 160.020 baş körpə ev quşları taun xəstəliyinə qarşı  peyvənd olunmuşdur.
İclasda Rayon Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Rayon Mərkəzi Xəstəxananın baş həkimi Arzu Novruzov, Rayon Qaz İstismar Sahəsinin rəisi Rasim Zeynalov və başqaları çıxış etmişlər.
Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı  görülən işlər də müzakirə olunmuş, idarə, müəssisə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.

Keçidlər