Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir

25 aprel 2014 | 15:00

Qazax rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-cil ildönümü münasibətilə Qazax rayon İcra Hakimiyyəti və YAP Qazax rayon təşkilatının təşkilatçılığı ilə   “Heydər Əliyev ümummilli  liderlik örnəyidir” mövzusunda  elmi-praktik konfrans keçirilmişdir. Əvvəlcə, konfrans iştirakçıları Ulu öndər Heydər Əliyevin heykəli  önünə gül dəstəsi qoyaraq onun əziz xatirəsini ehtiramla yad etmişlər. 
Konfransı giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətdir. Ulu Öndər özünün vətənpərvərliyi, böyük siyasi uzaqgörənliyi, çevik təfəkkürü, müdrikliyi, xalqına əvəzsiz xidmətləri ilə özündə ən ülvi, müqəddəs Azərbaycanlı obrazı yaratmışdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ulu Öndər bütün ömrünü ölkəmizin inkişafına və tərəqqisinə həsr etmişdir. Hakimiyyətdə olduğu illərdə həmişə doğma Azərbaycanı düşünmüş və onun çiçəklənməsi naminə əməli işlər həyata keçirmiş və fəaliyyət göstərmişdir. Bugünki Azərbaycan Heydər Əliyevin şah əsəridir.  Onun yaratdığı müstəqil Azərbaycan dövləti Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qüdrətlənir.
Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov “Heydər Əliyev ümummilli liderlik örnəyidir”, YAP Qazax rayon təşkilatı  Qadınlar Şurasının sədri Asya Alhüseynova “Heydər Əliyev və qadın siyasəti”, YAP Gənclər Birliyi Qazax rayon təşkilatının sədri Vüsal İsmayılov  “Heydər Əliyev və Azərbaycan gəncləri”, YAP Qazax rayon təşkilatının Şura üzvü Abbas Göyüşov  “Heydər Əliyev Azərbaycan dövlətinin qurucusudur”, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev  “Heydər Əliyev və idmana qayğı” mövzularında çıxış etmişlər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən  elmi-praktik konfransı Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov yekunlaşdırmışdır.

Keçidlər