Nigah mərasimi keçirilmişdir
Qazax rayonundakı Heydər Əliyev Mərkəzində yeni qurulan gənc ailələrin nigah mərasimlərinin keçirilməsi ənənə halını almışdır. Belə mərasimlərdən biri şəhid ailəsi Mikayılov Azad Etibar oğlu və Cəfərova Gülnar Omar qızından ibarət cütlüklərə həsr olunmuşdur.
Gənclər əvvəlcə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anmışlar və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra cütlüklər öz ailə üzvləri və doğmaları ilə Heydər Əliyev Mərkəzinə gəlmişlər. Orada nigah mərasimi təşkil olunmuş, Qazax Rayon Qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri Tükəzban İbrahimova, rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova və başqaları çıxış etmişlər. Onlar gənclərə ailə xoşbəxtliyi, firavanlıq və xoş günlər arzulamışlar. Hər iki gəncin ailə nigahları rəsmi qeydə alınmışdır.
Sonda rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış qiymətli hədiyyə gənclərə təqdim olunmuşdur.