Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətil elmi-praktik konfrans keçirilmişdir
Qazax rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə AMİ-nin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Tədbir iştirakçılarına əvvəlcə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən video-slayd nümayiş etdirilmişdir. Filialın direktoru Afaq xanım Qasımova tədbiri açıq elan etmiş, Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə qayğısından, gənclər siyasətindən, Azərbaycanın yüksəlişindən danışmış və bu siyasətin möhtərəm prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün uğurla davam etdirildiyini bildirmişdir. Sonra müxtəlif bölmələr üzrə bir-birindən maraqlı elmi mövzularda çıxışlar olmuşdur.
Tədbirin sonunda filialın direktoru Afaq xanım Qasımova Bakıda keçiriləcək elmi konfransda çıxış edəcək tələbələrə uğurlar arzulamış və tövsiyələrini çatdırmışdır.