Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq bağçasında təmir işləri sürətlə davam etdirilir

27 aprel 2018 | 16:00

Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən şəhər 2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunur. 2 həftədən artıqdır ki, təmirinə başlanan bağçada işlərin xeyli hissəsi görülüb.
Binanın hər 2 mərtəbəsində söküntü işləri tam başa çatıb. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bütün arakəsmələrdə hörgü işləri yekunlaşıb. Hər iki mərtəbədə suvaqaltı elektrik xəttinin  çəkilməsi başa çatıb.
  İkinci mərtəbədə suvaq və üzlük vurulması işləri də tam yekunlaşıb. Binanın birinci mərtəbəsində isə bu iş davam edir. Hal-hazırda üzlük vurulur. Eyni işlər bağçanın birinci mərtəbəsində də davam edir. Köhnə pilləkan məhəcəri də sökülərək yenisi ilə əvəz olunacaq.

 

Keçidlər