Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar “Zərif ürəkli məğrur qadın” başlıqlı tədbir keçirilib

27 aprel 2018 | 16:00

Qazaxdakı Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar “Zərif ürəkli məğrur qadın” başlıqlı tədbir  keçirilib. Tədbirdə səhiyyə işçiləri, mərkəzin əməkdaşları və KİV nümayəndələri iştirak edib.
Mərkəzin direktoru Ceyhunə Hüseynova Zərifə xanım Əliyevanın həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.
C.Hüseynova akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələnin təşkil etdiyini qeyd edərək onun elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu bildirmişdir.  
Sonra oftalmoloq Rahilə Əhmədova, Səhiyyə İşçiləri Həmkarlar təşkilatının sədri Sevda Həsənova çıxış edərək qeyd ediblər ki, Zərifə xanım bir pərvanə ömrü yaşadı. Allahın insanlara bəxş etdiyi nurun, işığın keşiyində durdu. Ömrünü, gününü bu işığın azalmasına, sönməsinə qoymamağa həsr etdi. Çıxış edənlər Zərifə xanımın həyat və fəaliyyətinin, tibb sahəsində qazandığı nailiyyətlərin gənc həkimlər üçün bir örnək olduğunu bildiriblər.
Sonda Mərkəzin ekspozisiya zalında Zərifə xanım Əliyevaya həsr olunmuş filmə baxılıb.

Keçidlər