Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Xəstəxana binasının tikintisində əsas işlər başa çatıb

01 may 2018 | 16:00

Rayonumuzda inşa edilən 145 çarpayılıq, 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxana binasının inşası səhiyyə sahəsinə göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. 2,6 hektar sahədə inşa olunan xəstəxana binasında rayon sakinlərinin sağlamlığının keşiyində dayanmaq üçün hər cür şərait yaradılır. Bir neçə aydır ki, tikintisi aparılan xəstəxana binasında əsas işlər demək olar ki, başa çatıb.
Bu gün Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və müavini Tahir Musayev Mərkəzi Xəstəxananın tikintisi ilə yaxından tanış olub, görülən işlərlə maraqlanıblar.
Hazırda 5 korpusda əsas işlər demək olar ki, yerinə yetirilib. Bütün korpuslarda dam örtükləri vurulub, xarici və daxili arakəsmələr başa çatdırılıb. Pəncərələr quraşdırılıb.  Bundan əlavə, sahədaxili kanalizasiya və su xətti tam olaraq çəkilib.
Binanın ətrafına hasar çəkilib. Giriş hissəsinə isə aqlay vurulub. Həmçinin binanın hasar hissəsi işıqlanma sistemi ilə tam təchiz olunubdur. Binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası da inşa edilib. Həmçinin nəzarət-buraxılış məntəqəsi də tam hazırdır. Transformator stansiyası üçün isə bina tikilməkdədir.
Hazırda xəstəxana binasının xarici hissəsində keramo-qranit örtüyü vurulur. Eyni zamanda, binanın daxilində elektrik və havalandırma işləri görülür. Sanitar qovşaqlarında kafel və metlax vurulması davam edir.

Keçidlər