Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni həkim məntəqəsində hörgü işlərinə başlanılıb

02 may 2018 | 16:00

Qazaxda daim diqqət mərkəzində saxlanılan sahələrdən biri də səhiyyə sahəsidir. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə əhalinin sağlamlığının keşiyində dayanılması üçün zəruri tədbirlər görülür, sakinlərə bu sahədə diqqət və qayğı göstərilir. Şəhərdə inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binasının tikintisi, eləcə də rayonun kəndlərində yeni tibb məntəqələrinin inşa olunması buna əyani sübutdur.
Hazırda rayonun Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin binasında hörgü işlərinə başlanılıb. Yaponiya səfirliyinin,  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Qazax rayon İcra Hakmiyyətinin birgə razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. 8 otaqdan ibarət olacaq həkim məntəqəsi bütün müasir avadanlıqlarla tam təmin ediləcəkdir.  Bundan əlavə, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edəcək çardaq qurulacaqdır.

Keçidlər