Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxlı həndbolçuların növbəti uğuru

02 may 2018 | 16:00

6-11 aprel tarixlərində İsmayıllı rayonunda İdman Məktəblərinin IX Açıq Respublika Oyunlarının proqramına daxil olan Həndbol üzrə final yarışları keçirilib. 2004-2005-ci il təvəllüdlü oğlanlar arasında keçirilən yarışda Qazax komandası ilə yanaşı, Bakı, Gəncə, Mingəçevir, İsmayıllı, Şirvan, Göygöl və Saatlı idmançıları da mübarizə aparıblar.
Yarışda rayonumuzu məşqçi-müəllim Valeh Namazovun rəhbərliyi altında Olimpiya İdman Kompleksinin həndbol bölməsinin yetirmələri təmsil ediblər.
Finalda Qazax həndbolçuları Şirvan həndbolçularına 22-9 hesabı ilə üstün gələrək yarışın qalibi olublar.

 

Keçidlər