Qələbənin 69-ci il dönümü qeyd edilmişdir
Qazax rayon İcra Hakimiyyətində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 69-ci il dönümü münasibəti ilə toplantı keçirilmişdir. Toplantıda Böyük Vətən Müharibəsi veteranları, arxa cəbhə əmək veteranları, ağsaqqallar və KİV nümayəndələri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov tədbiri giriş sözü ilə açmış, Qələbə günü münasibəti ilə veteranları və xalqımızı təbrik etmişdir. Böyük Vətən Müharibəsi veteranlarına ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirilmişdir ki, bu müharibəyə təkcə Qazax rayonundan 12510 nəfər səfərbər edilmiş, onlardan 5500 nəfəri döyüş səngrlərində qəhrəmancasına həlak olmuş və 3200 nəfəri isə itkin düşmüşdür.
Hazırda veteranlarımız tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində səmərəli iş aparıldığı göstərilmişdir.
Böyük Vətən müharibəsi iştirakçılarından Xanqulu Süleymanov, “Göyəzən” rayən qəzetinin redaktoru Elçin İsmayıl, şair Həvəskar və başqaları çxış etmiş, onlara göstərilən köməyə, diqqətə və qayğıya görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda rayon rəhbərliyi tərəfindən müharibə veteranlarına pul mükafatları və qiymətli hədiyyələr verilmişdir.