Qazax rayonunda Gül bayramı
Hər il may ayında ölkəmizin hər yerində Ulu Öndər, Ümummilli Lider, Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə bağlı Qazax rayonunda Gül bayramı keçirilir.
Bu il Qazax rayonunda keçirilən Gül bayramı öz möhtəşəmliyi, gözəlliyi və təşkili ilə daha maraqlı olmuş və rayon sakinlərinin diqqətini cəlb etmişdir. Şəhər bu məqsədlə bayramsayağı bəzədilmişdir.
Əvvəlcə, Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və şəhərimizin qonaqları rayonun əmək kollketivlərinin, QHT və KİV nümayəndələrinin, müharibə və əmək veteranlarının, gənclərin toplaşdığı Heydər Əliyev parkını gəzmiş, maraqlı gül kompozisiyaları ilə tanış olmuş və bayram iştirakçıları ilə səmimi söhbətlər aparmışlar. Söhbət zamanı bildirilmişdir ki, Azərbaycan xalqı bütün həyatını xalqının xoşbəxtliyinə və Vətənin çiçəklənməsinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Xalqımız bu böyük şəxsiyyətin, Azərbaycanın xilaskarının və qurucusunun doğum gününü belə gözəl bayramla qeyd edir, ona dərin hörmət və məhəbbətlərini bildirirlər.
Parkda nümayiş etdirilən yüzlərlə gül kompazisiyası, rəsm, tətbiqi sənəd nümunələri və əl işləri hamının marağına səbəb olmuş və sevinclə qarşılanmışdır. Gül bayramı açıq havada təşkil olunmuş və müxtəlif rəng çalarları olan muzeyi xatırladırdı.
Nümayiş etdirilən kompazisiya və əl işləri rayon İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş, qaliblərə qiymətli hədiyyələr verilmişdir.
Tədbir bayram konserti ilə davam etdirilmişdir.
Ümummilli Liderimiz, Azərbaycanın xilaskarı Heydər Əliyevə ümumxalq məhəbbətinin təzahürü olan bu gözəl bayram hamıya xoş hisslər bəxş etmiş və unudulmaz anlar yaşatmışdır.