Qazax rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilib
Qazax rayonundakı Heydər Əliyev Mərkəzində yeni qurulan gənc ailənin nikah mərasimi keçirilirb. Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən gənclər ulu öndərin adını daşıyan mərkəzdə nikaha daxil olublar.
Bu günkü nikah mərasimi Babayev Sabir Əzim oğlu və Göşşüyeva Aytac İbadət qızından ibarət cütlüklərin arzusu əsasında reallaşıb.
Gənclər əvvəlcə, ulu öndər Heydər Əliyevin əziz xatirəsini anaraq abidəsi önünə gül dəstələri qoyublar.
Sonra cütlüklər öz ailə üzvləri və doğmaları ilə birlikdə Heydər Əliyev Mərkəzinə gəliblər. Orada nikah mərasimi təşkil olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev nikah mərasimində çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun adından yeni ailə quran gəncləri səmimi qəlbdən təbrik edib, valideynlərinə gözaydınlığı verib. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi ərəfəsində belə bir mərasimin təşkil olunmasını yüksək qiymətləndirərək gənclərə ailə xoşbəxtliyi, firəvanlıq və xoş günlər arzulayıb.
RİHB Aparatında aparıcı məsləhətçi Kəmalə Cəfərova və Qazax rayon Qeydiyyat şöbəsinin rəisi Məsumə Səmədova çıxış edərək nigah mərasimləri keçirilən hər iki gəncə ailə səadəti arzulayıb, bu gözəl gün münasibətilə valideynlərini təbrik ediblər.
Sonda gənclər tərəfindən imzalar atıldıqdan sonra hər iki gəncin ailə nikahları rəsmi qeydə alınıb.