Mərkəzi kitabxananın Uşaq şöbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sərgi təşkil olunub
Qazax rayon E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi açıq havada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş sərgi təşkil edib. Sərgidə Ümummilli liderin şərəfli ömür yolunu işıqlandıran 50-dən çox materiallar “Tarixin Azərbaycanlı dahisi”, “Ümummilli lider Hedər Əliyev-95”, “Uşaqların yaxın dostu” başlıqda nümayiş etdirilib.
Eyni zamanda “2018- Azərbaycan Xalq Cümhuriyyəti ilidir”, “Şərqdə ilk Parlamentli Respublika”, “Tariximiz-Şərəfimiz”, “Dilimiz milli varlığımızdır”, “Şairlər vətəni Qazaxım mənim”, “Uşaqları kitabla böyüdək”, “Uşaqların nağıl dünyası”, “Kitab tutan balaca əllər” başlıqlı sərgidə nümayiş etdirilən kitablar geniş oxucu marağına səbəb olub.
Gün ərzində davam edən, geniş oxucu auditoriyasını əhatə edən və Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun rəhbərliyi ilə bir qrup nümayəndənin iştirak etdiyi sərgi 250-dən çox oxucu və kitabsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Belə sərgilərin təşkili azyaşlı uşaqları və gəncləri kitabxanaya cəlb etməyin ən mühüm təbliğat vasitəsidir.