Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müşaviri Qazax rayonunda olmuşdur

20 may 2014 | 15:00

Respublika Prezidentinin Millətlərarası Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət Müşaviri Kamal Abdullayev Qazax rayonunda olmuşdur. İlk öncə Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunmuş və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra Heydər Əliyev Mərkəzində rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, rayonun ziyalıları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, gənclər və KİV nümayəndələri iştirak etmişdir.
Görüş zamanı Kamal Abdullayev bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənablarının Respublikamızda Bilik Fondunun və Bakı Beynəlxalq  Multikulturalizm Mərkəzinin yaranması haqqındakı Sərəncamları Azərbaycan dövlətçiliyinin  daha da inkişafı üçün güclü bir təkan olmuşdur.  Bu sərəncamlardan irəli gələn vəzifələri nəzərə alsaq bizim görəcəyimiz işlər həddən artıq çoxdur. Azərbaycan multikulturalist rejimdə yaşayan bir ölkədir. Onun mədəniyyəti, mənəviyyatı, həyat tərzi, ümumiyyətlə, Azərbaycan xalqı bütün dünyaya örnək olacaq qədər bir multikulturalizmin içərisindədir.  Tolerantlıq artıq bizim həyat tərzimizə çevrilmişdir. Bu, bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.
Dövlət Müşaviri rayona səfəri çərçivəsində Qazax şəhərindəki İsmət Qayıbov adına tam orta məktəbdə, Cümə Məscidində, Rus Pravoslav kilsəsində də olmuşdur.
Keçirilən görüşlər zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlər, söylənilmiş fikirlər dövlətimizin bu istiqamətdə görmək istədiyi işlərlə eyni olmuş və bir- birini tamamlamışdır.
Görüşlərdə əhalinin müxtəlif təbəqələri çıxış edərək dövlət başçısının millətlərarası münasibətlər və tolerantlıq sahəsində apardığı uğurlu siyasətdən razı qaldıqlarını söyləmişlər.

Keçidlər