Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gənclərinin toplantısı keçirilmişdir

21 may 2014 | 15:00

Qazax şəhərindəki Gənclər Mərkəzində Azərbaycan gənclərinin VII Forumuna hazırlıq məqsədilə rayon gənclərinin toplantısı keçirilmişdir. Əvvəlcə, gənclər  Ulu Öndər Ümummili Lider Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Toplantını Rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Nəbiyev açmış və VI forumdan keçən müddət ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmişdir. Məruzə ətrafında YAP Qazax rayon təşkilatının Gənclər Birliyinin sədri Vüsal İsmayılov, Rayon Təhsil şöbəsinin metodisti Orxan Əliyev, Qazax rayon Gənclər və İdman idarəsinin məsləhətçisi İsmayıl Süleymanov, AMİ-nin Qazax filialının Tələbə Təşkilatının sədri  Pərviz Bayramov və  Qazax RİHBA-nın məsul işçisi Rəşad Əhmədov çıxış etmişlər.
Sonra Azərbaycan gənclərinin VII Forumunda iştirak etmək üçün 11 nəfərdən ibarət nümayəndə heyyəti seçilmişdir.
Toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Qazax rayon gəncləri adından Müraciət qəbul olunmuşdur.

Keçidlər