Qazax rayonunda “Qonşu Ölkələr arasında Əməkdaşlıq Proqramı” ilə bağlı seminar keçirilmişdir
Qazax rayonunda Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində “Qonşu Ölkələr arasında Əməkdaşlıq Proqramı” ilə bağlı seminar-toplantı keçirilmişdir.
Tədbirə rayon İcra Hakimiyyətindən, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan, ərazi vahidləri üzrə icra nümayəndəliklərindən, yerli özünüidarəetmə orqanlarından, qeyri-hökümət təşkilatılarından, ictimai birliklərdən və kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunmuşdur.
Toplantını giriş sözü ilə RİHB-nın müavini Aqil Qurbanov açmış və tədbir iştirakçılarına Əməkdaşlıq Proqramı haqqında məlumat vermişdir.
Proqram üzrə ekspert Erikos Yonkouskos geniş çıxış etmiş və bildirmişdir ki, Proqram çərçivəsində əməkdaşlıq Azərbaycan-Gürcüstan, regionun digər ölkələri, həmçinin Ukrayna-Belarus, Moldova-Ukrayna formatında həyata keçirilir. Azərbaycan-Gürcüstan arasında icra olunacaq layihələrə Avropa İttifaqı tərəfindən 1,8 milyon avro ayrılmışdır. Azərbaycan-Gürcüstan əməkdaşlığı üçün Azərbaycanın Gəncə-Qazax və Şəki-Zaqatala bölgələri müəyyən edilmişdir. Bu günki seminar və təlimlər gələcək benefisiarların Proqramda iştirak etmək imkanları haqqında bilik və bacarıqlarının artırılması məqsədilə keçirilir.
Seminarda tədbir iştirakçılarına Proqramın potensial benefisiarlarına Proqramın icrasına dair beynəlxalq təcrübə, Proqram çərçivəsində əməkdaşlıq imkanları, prioritetlər, həyata keçirilməsi mümkün olan layihələr haqqında məlumatlar verilmişdir. Sonra Proqramın eksperti Erikos Yonkouskos və yerli ekspert Vaqif Həsənovla seminar iştirakçıları arasında maraqlı fikir mübadiləsi aparılmış, seminar iştirakçıları tərəfindən rayonun ehtiyacları nəzərə alınmaqla Azərbaycan-Gürcüstan respublikaları üçün faydalı olan layihələr təklif olunmuşdur. Təklif olunan layihələr ekspertlər tərəfindfən qeydiyyata götürülmüşdür.