Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda yarmarka keçirilib

19 may 2018 | 16:00

Qazax rayonunda yarmarka keçirilməsi artıq ənənə şəklini alıb. Novruz bayramı ərəfəsində keçirilən və 2 aydan çox davam edən yarmarka buna əyani sübutdur. Bu ənənə yenə də davam edib.
Bu gün Qazax şəhərindəki Təzə Bazarda yarmarka keçirilib. Təşkil olunmuş yarmarka rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə keçirilib.
Yarmarkaya müxtəlif çeşiddə olan kənd təsərrüfatı, ərzaq və ət məhsulları satışa çıxarılıb.
Yarmarkada satılan məhsulların keyfiyyətləri yüksək, qiymətləri isə xeyli ucuzdur. Bütün məhsullar bazar qiymətlərindən 20-30 faiz aşağı satılıb. Hətta, quzu əti alıcılara 8 manata  təklif olunub. Ona görə də yarmarkadan rayon sakinləri, eləcə də qonaqlar yüksək səviyyədə faydalana bilirlər.
Yarmarkadan bazarlıq edən rayon sakinləri yarmarkanın təşkilindən və qiymətlərdən razı qaldıqlarını söyləyərək Ölkə Başçısı İlham Əliyev cənablarına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər