Qurtuluş günü qeyd olunmuşdur
Qazaxda rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmiş və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin Başçısınn birinci müavini Fərman Nağdalıyev açmış, xalqımızı Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə dövlət quruculuğu ilə bağlı misilsiz xidmətlərindən, Ulu Öndərin səyləri nəticəsində sovetlər məkanında respublikamızda peşəkar hərbi kadrların hazırlanması məqsədilə C.Naxçıvanski adına hərbi liseyin yaradılmasından danışmışdır. Sonra ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev cənabları tərəfindən dövlət müstəqilliyinin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, Azərbaycanın güclü iqtisadiyyatı olan ölkəyə çevrilməsi, ordunun gücləndirilməsi sahəsində aparılan səmərəli və məqsədyönlü işlərdən bəhs olunmuşdur.
YAP rayon təşkilatının sədri Həmid Pənahov məruzə ilə çıxış etmiş, o dövrdə ölkədə baş verən hadisələrdən,xalqın tələbi ilə Ulu Öndər ,Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsindən, dövlətçiliyimizin məhv olması təhlükəsinin qarşısnın alınmasından ətraflı danışmışdır.
YAP rayon təşkilatının Qadınar Şurasının sədri Asya Alhüseynova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Dövlət sosial - iqtisad kollecinin müəllimi Tərlan Bədəlova, rayon Təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, Qazax şəhər 2 saylı əsas məktəbin direktoru Yeganə Göyüşova və başqaları çıxış edərək 15 iyun Milli Qurtuluş Günü münasibətilə öz fikirlərini və ürək sözlərini bildirmişlər.